AZ

Livanda atəşkəsə baxmayaraq, hücumlarda ölənlərin sayı 2000-i keçdi

Livan Səhiyyə Nazirliyi martın 2-dən etibarən İsrail hücumları nəticəsində ölən və yaralananlarla bağlı son rəqəmləri açıqlayıb.

Turkustan.az xəbər verir ki, məlumatlara əsasən, hücumlar nəticəsində həyatını itirənlərin sayı 2618 nəfərə, yaralananların sayı isə 8094 nəfərə çatıb.

Bildirilir ki, zərbələr zamanı 16 xəstəxana ziyan görüb, həlak olanlardan 103-ü isə səhiyyə işçiləridir.

Livanın rəsmi xəbər agentliyi NNA qeyd edir ki, atəşkəsə baxmayaraq, İsrail ordusu şəhərlərdə yaşayış evlərini, müəssisələri və digər tikililəri hədəf alan dağıntı işlərini davam etdirir. Hesabatda bir monastırın və rahibə evinin də dağıdıldığı vurğulanır.

Eyni zamanda, Bint Jbeil rayonunda yerləşən və regionun aparıcı təhsil müəssisələrindən sayılan məktəblərdən birinin zərər görməsi minlərlə şagird üçün ciddi itki kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
1
turkustan.az

2Mənbələr