BAKI, 2 may. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsi hava məkanının tam şəkildə yenidən açıldığını və əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət xəbər agentliyi WAM-ın məlumat yayıb.
Bildirilir ki, ölkənin hava məkanında əməliyyatlar tam gücü ilə bərpa olunub. Qərar vəziyyətin və təhlükəsizlik şəraitinin "hərtərəfli qiymətləndirilməsindən" sonra verilib.