AZ

Emeri “Real Madrid”in baş məşqçi postuna namizədlər sırasındadır

İspaniyanın "Real Madrid" klubunda baş məşqçi postu ilə bağlı yeni namizəd gündəmə gəlib.

90deqiqe.Az xəbər verir ki, İngiltərənin "Aston Villa" komandasının baş məşqçisi Unay Emeri “kral klubu”nun mümkün namizədlərindən biri kimi göstərilir.

Məlumata görə, Madrid təmsilçisinin rəhbərliyi hazırda Avropa Liqasında "Aston Villa" ilə əldə olunan nəticələri yaxından izləyir. Əgər İspan mütəxəssis komandasını ikinci dərəcəli Avropa kubokunda qələbəyə daşısa, o, “Real”ın yeni baş məşqçisi postu üçün əsas favoritlərdən biri ola bilər.

Qeyd edək ki, Birmingem təmsilçisi yarımfinalın ilk oyununda Nottingham Forest komandasına səfərdə 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Xatırladaq ki, Unay Emeri məşqçilik karyerasında Avropa Liqasını 4 dəfə qazanıb. O, üç dəfə "Sevilya" ilə, bir dəfə isə "Vilyarreal" ilə bu uğura imza atıb.

Seçilən
70
90deqiqe.az

1Mənbələr