İran ordusunun Mərkəzi Komandanlığının yüksək rütbəli rəsmisi Məhəmməd Cəfər Əsədi İran və ABŞ arasında hərbi münaqişənin bərpasının “çox ehtimal olunan” olduğunu bəyan edib. “The Guardian” nəşrinin “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, iranlı general Vaşinqtonu etibarsızlıqda ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, Əsədi ABŞ-ın heç bir vədə və ya sazişə əməl etmədiyini bildirib. O, amerikalı rəsmilərin bəyanatlarının daha çox media üçün nəzərdə tutulduğunu və bunun iki əsas məqsəd daşıdığını vurğulayıb: neft qiymətlərinin kəskin düşməsinin qarşısını almaq və Ağ Evin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmaq.
General həmçinin qeyd edib ki, İran Silahlı Qüvvələri ABŞ-ın istənilən yeni “macərasına” və düşünülməmiş addımına qarşı tam döyüş hazırlığı vəziyyətindədir. Tehranın bu açıqlaması regionda atəşkəsin taleyi ilə bağlı sualları artırıb və gərginliyin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.
Sara,
NOCOMMENT.az