"Sumqayıt" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin futbolçusu Keffel Resende zədələnib. 26 yaşlı müdafiəçi Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"lə oyunun 9-cu dəqiqəsində sıradan çıxıb.
O, oyuna davam edə bilməyib. Keffel sağ cinah müdafiəçisi Rayan Senhadji ilə əvəzlənib.