AZ

ABŞ-nin məşhur aviaşirkəti fəaliyyətini dayandırdı

ABŞ-nin iri aviaşirkətlərindən olan "Spirit Airlines" fəaliyyətini dayandırdığını elan edib. Bütün uçuşlar ləğv edilib.

Bakıvaxtı.az-ın "NBC News" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəblərdən biri də İrandakı münaqişə fonunda yaranan yanacaq böhranı olub. Qeyd edilir ki, şirkətin bağlanması onun minlərlə əməkdaşına və sərnişininə təsir göstərəcək.

Qeyd edək ki, "Bloomberg" agentliyi bir qədər əvvəl xəbər verib ki, dünyadakı aviaşirkətlər yanacağın kəskin bahalaşması səbəbindən reyslərin sayını ixtisar etməyə və təyyarələri istismardan çıxarmağa başlayıblar.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Seçilən
33
3
bakivaxti.az

4Mənbələr