AZ

Canavar hücumuna məruz qalan Zaqatala sakini xəstəxanaya yerləşdirilib VİDEO

Zaqatala, 2 may, AZƏRTAC

Zaqatalanın Axaxdərə kənd sakini həyətində canavar hücumuna məruz qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Qurbanova hücum edərək, ona çoxsaylı xəsarətlər yetirib.

Hadisədən xəbər tutan ailə üzvləri və yaxınları Aydın Qurbanovu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərilib və bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub.

Zərərçəkmiş xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib və müalicəsi davam etdirilir.

Müxbir - Rasim İslamoğlu

Seçilən
10
6
azertag.az

7Mənbələr