AZ

Sorğu: Amerikalıların 61% i İrana qarşı güc tətbiqini səhv hesab edir

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, amerikalıların əksəriyyəti ölkələrinin İrana qarşı güc tətbiq etməsini yanlış hesab edir.

Turkustan.az xəbər verir ki, beynəlxalq araşdırma şirkəti Ipsos, ABC News və Washington Post tərəfindən 24–28 aprel tarixlərində 2560 nəfər arasında aparılan sorğuda iştirakçıların 61 faizi ABŞ-ın İrana qarşı güc tətbiqini “səhv”, 36 faizi “doğru qərar” kimi qiymətləndirib, 3 faizi isə fikir bildirməyib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 52 faizi ABŞ prezidenti Donald Trampın İrana hücum qərarında İsrailin təsirini “həddindən artıq” hesab edir. Digər iştirakçıların 37 faizi bu təsiri “kifayət qədər”, 7 faizi isə “çox az” kimi dəyərləndirib.

Eyni zamanda, iştirakçıların 48 faizi ABŞ-ın İranla sülh razılaşmasını qəbul etməli olduğunu düşünür, hətta bu razılaşma ölkə üçün daha az əlverişli olsa belə.

Respondentlərin 56 faizi isə İrana qarşı hücumların ABŞ və onun müttəfiqləri arasındakı münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr