AZ

Putin PUA-ları vurmağa icazə verib

Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.
Bu barədə “Report” “Kommersant” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.
Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.
Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.
Seçilən
13
8
yenicag.az

10Mənbələr