BAKI, 2 may. TELEQRAF
Gürcüstanda zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 3:43-də qeydə alınıb.
Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, episentr Ninotsminda şəhərindən 22 kilometr şərqdə, Saqamo kəndi yaxınlığında yerləşib.
Zəlzələnin gücü 3,3 bal olub.