AZ

Fridrix Merts Ermənistana GETMƏYƏCƏK

Almaniya Kansleri Fridrix Merts 50-yə yaxın dövlətin nümayəndələrinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin (ASB) mayın 4-də Ermənistanda təşkil olunacaq sammitinə qatılmayacaq. Nəticə etibarilə, birliyin sayca səkkizinci toplantısı ilk dəfə Almaniya hökumət rəhbərinin iştirakı olmadan baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Almaniya hökumətinin nümayəndəsi DPA-nın sorğusuna cavab olaraq bildirib ki, kansler digər öhdəlikləri səbəbindən bu səfəri gerçəkləşdirə bilməyəcək:

"Almaniya kansleri əvvəllər ASB-nin iki görüşündə iştirak edib və bir çox iştirakçılarla fəal əlaqədədir", - deyə açıqlamada qeyd olunub.

Almaniya Nazirlər Kabinetinin rəhbərini həmin tədbirdə kimin əvəz edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, F.Merts mayın 4-də Berlində Xristian Demokrat İttifaqı rəyasət heyətinin iclasına qatılacaq. Almaniya hökumətinin mətbuat xidməti kanslerin iştirakı ilə planlaşdırılan digər ictimai tədbirlər barədə hələ ki heç bir məlumat verməyib.

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr