AZ

Əməkdar həkimə vəzifə verildi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.

Publika.az "Yeni sabah"a istinadla xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakültəsinin dekanı vəzifəsindən azad olunub.

Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.

Seçilən
11
4
publika.az

10Mənbələr