AZ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Tehran həbsxanasında saxlanılan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhəti ilə bağlı narahatlıqlar artır.

Bizim.Media xəbər verir ki, ailəsi və fondunun açıqlamalarında ürək xəstəliyindən vəziyyəti pisləşən fəalın xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edilib ki, 53 yaşlı Məhəmmədi son günlər səhhətində ciddi problemlər yaşayır, iki dəfə huşunu itirib və vəziyyəti ağırdır.

Ailəsi iddia edir ki, o, təxminən 140 gün ərzində "sistemli tibbi laqeydliyə" məruz qalıb və uzun müddətdir lazımi tibbi müdaxiləni almayıb. (unikal.az)

Bizim.Media

Seçilən
13
8
bizim.media

9Mənbələr