AZ

KİV: İran Hörmüz boğazının açılmasını təklif edib, Tramp rədd edib

İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib.

Reuters-in yaydığı məlumata görə, bunu anonim qalmaq şərti ilə danışan iranlı yüksəkvəzifəli şəxs bildirib.

Məlumata görə, təklifə əsasən, İran Hörmüz boğazında gəmiçiliyi bərpa edəcək, ABŞ isə İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların daha sonrakı mərhələyə saxlanılması təklif olunur.

Lakin ABŞ Prezidenti Donald Tramp bu təklifi qəbul etməyib. O, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İranın irəli sürdüyü bəzi şərtlərlə razılaşa bilmir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hava hücumlarını dayandırmasından dörd həftə keçməsinə baxmayaraq, münaqişənin başa çatdırılması ilə bağlı razılaşma əldə olunmayıb.

Seçilən
16
4
news365.az

6Mənbələr