AZ

Hörmüzdəki blokada üzündən Qərbdə yanacaq ehtiyatı tükənir

Hörmüz boğazından nəqliyyat vasitələrinin hərəkəti 90% azalıb və gündə 10-dan az gəmi keçir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin xəbərdarlığına görə, qlobal neft bazarındakı vəziyyət qarşıdakı həftələrdə xeyli çətinləşə bilər: Qərb ölkələri əvvəllər təchizat fasilələrini azaldan xam neft və neft məhsulları ehtiyatlarını tükəndirirlər.

“Exxon” şirkətinin baş direktoru Darren Vuds səhmdarlara bildirib ki, boğaz bağlı qalsa, daha böyük problemlərlə üzləşəcəklər.

Vudsun sözlərinə görə, çatışmazlıq əvvəllər artıq yolda olan neft tankerləri, eləcə də ABŞ-nin strateji ehtiyatlarının satılması ilə qismən ödənilirdi. O qeyd edib ki, indi bu ehtiyatlar, demək olar ki, tükənib və bu da xammal və yanacaq çatışmazlığı riskini daha da hiss olunacaq hala gətirir.

CNN xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, benzin ehtiyatları 222 milyon barelə düşüb və bu, on ildən çoxdur ki, ilin bu vaxtı üçün ən aşağı göstəricidir.

Kpler analitikləri və Britaniya dəniz qüvvələri rəsmilərinin fikrincə, son günlərdə boğazdan yalnız bir neçə gəminin keçir. Bu, bazarın gələcək təchizat və çatdırılma müddətləri ilə bağlı narahatlıqlarını artırır.

Kral dəniz qüvvələrinin rəhbərliyindən bildirilib ki, "münaqişə başlayandan bəri Hörmüz boğazından gəmi daşımaları 90% azalıb, gündə 10-dan az gəmi keçir" və təxminən 20.000 dənizçi Fars körfəzində gəmilərdə qalıb.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr