AZ

Aktyor 48 milyon dollar sərvəti olması xəbərinə belə reaksiya verdi

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aktyor Engin Altan Düzyatan 48 milyon dollarlıq sərvəti olması iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, aktyor illərdir oynadığı serial və filmlərdən sərvət qazanması söz-söhbətinə son qoyub. 

Aktyorluq karyerasına 2000-ci illərin əvvəllərində başlayan Düzyatan rekordları qıran "Diriliş: Ertuğrul" serialında canlandırdığı Ərtoğrul bəy obrazı ilə daha da məşhurlaşıb. 

İddialara görə, xüsusən də "Diriliş: Ərtoğrul"un beynəlxalq uğurundan sonra Düzyatan Türkiyədən kənarda müxtəlif ölkələrdə daşınmaz əmlak investisiyaları həyata keçirib və xeyli sərvət toplayıb.

"Maliyyə məsələlərinə çox diqqət yetirmirəm. Evlənməzdən əvvəl bacım pulumu idarə edirdi, indi isə həyat yoldaşım baxır. İnanın mənə, sərvətim haqqında heç bir məlumatım yoxdur" deyə, aktyor bildirib.

Qeyd edək ki, Engin Altan Düzyatan və həyat yoldaşı Neslişah Alkoçlar uşaqlarının təhsili üçün 2025-ci ildə Dubaya köçmək qərarına gəlib. 2026-cı ilin aprelində ailə bölgədəki gərginlik səbəbindən Londonda məskunlaşmağa qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
axsam.az

3Mənbələr