Tovuz rayonunda 73 yaşlı kişi dəm qazından boğularaq ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini 1953-cü il təvəllüdlü Rafil Hüseynov hamamda dəm qazından zəhərlənib.
O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.