AZ

“Prime Cotton” MMC-yə yeni baş icraçı direktor təyin edilib

Azərbaycanın pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan “Prime Cotton” MMC-nin rəhbərliyində yeni təyinat baş tutub.

Şirkətin strateji hədəflərinin reallaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Tural Əlizadə “Prime Cotton” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Tural Əlizadə 2 ilə yaxın müddətdir ki, “Prime Cotton” MMC-də İdarə Heyətinin üzvü və Baş Kommersiya Direktoru vəzifələrində çalışaraq şirkətin kommersiya siyasətinin formalaşmasında və bazar mövqelərinin möhkəmləndirilməsində yaxından iştirak edib.

Tural Əlizadə geniş idarəçilik təcrübəsinə malik peşəkar rəhbərdir. O, bu təyinata qədər “Procter & Gamble” şirkətində Qafqaz üzrə Bazar Strategiyası və Planlama, Satış və Ticari Marketinq əməliyyatlarının Rəhbəri, “FAB Paints & Chemicals Industry LLC” şirkətində Baş Kommersiya və Strategiya Direktoru, həmçinin “Gilan FMCG Trade & Distribution LLC”, eləcə də “Unimac LLC” və “Universal Pro LLC” və s şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışaraq böyük miqyaslı biznes proseslərini idarə edib.

Seçilən
33
4
apa.az

6Mənbələr