AZ

Səfir: WUF13-də Niderlanddan geniş nümayəndə heyəti iştirak edəcək

Bu, mənim Qarabağa ikinci səfərimdi. Burada aparılan bərpa və yenidənqurma işlərinin geniş miqyasına heyran qalmışıq.

Bunu AZƏRTAC-a açıqlamasında Niderland Krallığının Azərbaycandakı səfiri Mariann de Yon deyib.

Ölkələrarası münasibətlərə də toxunan Mariann de Yon Niderland və Azərbaycan arasında xüsusilə su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının araşdırıldığını qeyd edib.

Diplomat bildirib ki, bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur və yaxın dövrdə daha sıx tərəfdaşlıq gözlənilir.

Səfir, həmçinin Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumundan danışaraq, Niderlanddan geniş nümayəndə heyətinin beynəlxalq tədbirdə iştirak edəcəyini deyib. Onun sözlərinə görə, nümayəndə heyətinə Haaqa şəhərinin meri rəhbərlik edəcək.

“WUF çərçivəsində aparılan müzakirələri maraqla izləyirik və forumda fəal iştirak etməyə hazırlaşırıq”, – deyə diplomat əlavə edib.

Seçilən
26
2
azerbaijan-news.az

3Mənbələr