AZ

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB

Sabiq Formula 1 pilotu və Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında vəfat edib.

Ölkə.Az BBC-yə istinadən xəbər verir ki, o, dünən axşam saatlarlnda dünyasını dəyişib.

İtaliyalı idmançının ailəsi onun ailəsi və dostlarının əhatəsində, sakit şəkildə vəfat etdiyini açıqlayıblar.

Zanardi 1990-cı illərin əvvəllərində Formula 1 yarışlarında iştirak edib. Daha sonra ABŞ-da keçirilən CART çempionatına keçərək 1997 və 1998-ci illərdə çempion olub. 1999-cu ildə isə yenidən Formula 1-ə qayıdıb.

2001-ci ildə Almaniyada baş verən ağır qəza nəticəsində hər iki ayağı amputasiya olunub. Buna baxmayaraq, o, idmana qayıdaraq yarışlara başlayıb. Zanardi 2012-ci ildə London, 2016-cı ildə Rio Paralimpiya Oyunlarında iki dəfə olmaqla ümumilikdə 4 qızıl və iki gümüş medal qazanıb.

Paralimpiya uğurları ilə yanaşı, o, handbike üzrə 12 dəfə dünya çempionu olub və 2011-ci ildə Nyu-York marafonunun para-velosiped yarışının qalibi adını qazanıb.

2020-ci ildə İtaliyanın Toskana bölgəsində keçirilən velosiped yarışında yük maşını ilə toqquşması nəticəsində ağır kəllə-beyin travması almış və uzun illər müalicə olunmuşdu.

İtaliyanın Baş naziri Georgi Meloni onu “böyük çempion və həyatın hər sınağını cəsarət və ləyaqət dərsinə çevirən qeyri-adi insan” adlandırıb.(Bizim Media)

Seçilən
21
3
olke.az

4Mənbələr