AZ

“Prime Cotton” MMC-yə yeni baş icraçı direktor təyin edilib

Azərbaycanın pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan “Prime Cotton” MMC-nin rəhbərliyində yeni təyinat baş tutub.

Şirkətin strateji hədəflərinin reallaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Tural Əlizadə “Prime Cotton” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Aznews.az xəbər verir ki, Tural Əlizadə 2 ilə yaxın müddətdir ki, “Prime Cotton” MMC-də İdarə Heyətinin üzvü və Baş Kommersiya Direktoru vəzifələrində çalışaraq şirkətin kommersiya siyasətinin formalaşmasında və bazar mövqelərinin möhkəmləndirilməsində yaxından iştirak edib.

Seçilən
33
4
aznews.az

6Mənbələr