AZ

Donald Tramp idrak testindən keçdi: Ağ Ev liderinə hansı suallar verilib?

ABŞ Prezidenti Donald Tramp özünü idrak testindən sınaqdan keçən yeganə ABŞ lideri adlandırıb.

Moderator.az xəbər verir ki, o, bu barədə Florida ştatındakı çıxışı zamanı məlumat verib.

"Mən üç dəfə koqnitiv testdən keçmişəm. Yeri gəlmişkən, onları yüksək səviyyədə vermişəm. Mən bu cür idrak sınağında iştirak edən yeganə prezidentəm. İnanmıram ki, Obama bu sınağın öhdəsindən gələ bilsin. Birinci sual olduqca bəsit olub- şir, zürafə, ayı və köpəkbalığı. Onlar soruşurlar: "Bunlardan hansı ayıdır?", - deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, aprel ayının sonlarında Donald Tramp ABŞ-nin prezident və vitse-prezidentliyinə namizədlərin hamısı üçün idrak testlərinin keçirilməsini təklif edib. ABŞ lideri bu fikrini Ağ Evdə baş tutan brifinqdən bir gün sonra "Truth Social" platformasında yazmışdı. Həmin vaxt o, İranla Ukraynanı qarışdırmış və 159 Ukrayna gəmisini batırdığını iddia etmişdi.

 

(oxu.az)

Seçilən
52
1
moderator.az

2Mənbələr