Ağcabədi rayonunda qətl hadisəsi olub.
Doğru.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Ağdam rayonu Mərzili kənd sakini, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirilib. Qadın aldığı xəsarətlərdən ölüb.
Onun əri, Ayaz Amanxan oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
DOĞRU.AZ