
İngiltərənin “The Daily Mail” qəzeti 2025/26 Premyer Liqa mövsümünün ən pis 10 transferinin siyahısını dərc edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda ilk yeri Yohan Vissanın “Brentford”dan “Nyukasl”a transferi tutub.
İkinci yerdə Ceyms Makatenin “Mançester Siti”dən “Nottinqem Forest”ə transferi qərarlaşıb. İlk üçlüyü Harvi Elliottun “Liverpul”dan “Aston Villa”ya transferi tamamlayb.
Siyahını təqdim edirik:
1. Yohan Vissa (“Brentford”dan “Nyukasl”a) - 55 milyon funt sterlinq;
2. Ceyms Makate (“Mançester Siti”dən “Nottinqem Forest”ə) - 30 milyon funt sterlinq;
3. Harvi Elliott (“Liverpul”dan “Aston Villa”ya) - icarə;
4. Aleksander İsak (“Nyukasl”dan “Liverpul”a) - 125 milyon funt sterlinq;
5. Alexandro Qarnaço (“Mançester Yunayted”dən “Çelsi”yə) - 40 milyon funt sterlinq;
6. Con Aryas (“Fluminense”dən “Vulverhempton Uonderers”ə) - 15 milyon funt sterlinq;
7. Konor Qallaxer (“Atletiko Madrid”dən “Tottenhem”ə) - 35 milyon funt sterlinq;
8. Ceymi Gittens (“Borussiya Dortmund”dan “Çelsi”yə) - 48,5 milyon funt sterlinq;
9. Xavi Simons (“Leypsiq”dən “Tottenhem”ə) - 52 milyon funt sterlinq;
10. Liam Delap (“İpsviç Taun”dan “Çelsi”yə) - 30 milyon funt sterlinq.