AZ

Ağ Evdən Konqresə şok bildiriş: İranla düşmənçilik sona çatdı!

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ağ Ev ABŞ Konqresinə göndərdiyi rəsmi məktubda İranla uzun müddətdir davam edən düşmənçilik vəziyyətinin başa çatdığını və yeni bir müharibə səlahiyyətinə ehtiyac olmadığını bildirib.

Məktubda qeyd olunur ki, düşmənçilik halı rəsmi olaraq sona çatmış kimi təqdim edilsə də, regionda müharibə mühitinin hələ tam olaraq aradan qalxmadığı vurğulanır.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi də Konqresə çatdırılıb. O bildirib ki, İran rejiminə qarşı həyata keçirilən əməliyyatlar müəyyən nəticə versə də, İranın ABŞ və Silahlı Qüvvələr üçün yaratdığı təhlükə hələ də ciddi olaraq qalır.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, xaricdə hərbi əməliyyatlar barədə Konqresə 48 saat ərzində məlumat verilməli, 60 gün ərzində isə təsdiq alınmadığı halda qüvvələrin geri çəkilməsi tələb olunur. Hökumət bu müddəti təhlükəsizlik məqsədilə əlavə 30 gün uzada bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
sherg.az

1Mənbələr