Ağcabədidə qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Ayaz Səlimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Səlimovanı öldürməkdə şübhəli bilib.
Ayaz Səlimov saxlanılıb, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.