"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.
Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.
Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.