AZ

Rusiya hamilə qadınlar üçün nağd müavinətləri artırır...

...Rusiya hakimiyyəti ölkənin demoqrafik probleminin həlli yollarını daim axtarır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,..və bu istiqamətdə hələ ki, bir şey çıxarmasa da, amma “dartmaqdadır”..?

Və son zamanlar ruslar 25 yaşdan kiçik gənc qadınları, xüsusən də tələbə qızları uşaq sahibi olmağa təşviq etməyə diqqət yetirirlər.

Buna cavab olaraq, bu kateqoriyadan olan rus qadınları üçün analıq müavinətlərinin artırılması qərarı verilib.

Rus saytlarının məlumatına görə, Baş nazirin müavini Tatyana Qolikova Rusiyadatələbə qızlar və aspirantlar üçün analıq müavinətlərini artırıb.

Hazırda bu müavinət 96.000 rubl təşkil edir.

...Tələbə qızlar və aspirantlar üçün analıq müavinətlərinin tətbiq edilməsi də vacibdir. Onlar artıq regional yaşayış minimumuna əsasən hesablanır və orta məbləğ dörd dəfə artaraq 96.000 rubldan çox olub.

Qolikova bunu “Vahid Rusiya: Nəticələr!” forumunun plenar iclasında bildirib.

O, əlavə edib ki, tələbə ailələrinə dəstək də vacibdir. Bu məqsədlə ali təhsil müəssisələrində ana və uşaq otaqları kimi müvafiq infrastrukturun inkişaf etdirilməsi vacibdir.

Bu tədbir təhsil və uşaq baxımının birləşdirilməsini asanlaşdıracaq.

Maraqlıdır, görən bir şey alınacaq, amma nə bilmək olar..?

Əli Babayev

Seçilən
27
sia.az

1Mənbələr