AZ

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar.

Onlardan biri bildirib ki, ardıcıl yağan yağışlar bağlarda lazımi işlərin görülməsinə mane olub:

"Şaftalı, nektarin və alça bağlarım var. Yağışlar ardıcıl yağdığı üçün işlərimizi tamamlaya bilmədik. Bundan əlavə, dərman preparatlarının vaxtında çilənməməsi, çilənən dərmanların isə yağışla yuyulub getməsi böyük ziyana səbəb olub. Bu il, demək olar ki, məhsulun 85-90%-i yoxdur. Təxminən 8-9 min manat civarında ziyana düşmüşəm".

Digər bir fermer isə qeyri-sabit havanın müxtəlif bölgələrə fərqli dərəcədə təsir etdiyini qeyd edib:

"Hava şəraiti Zaqatala, Balakən və Qax rayonlarında daha çox fəsad törədib. Bu bölgələr iqlim baxımından daha həssasdır. Yağıntıların çox olması həm rütubəti, həm də nəmliyi artırır ki, bu da müxtəlif xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Məhsulun az olması, şübhəsiz ki, bu il satış qiymətlərinə də təsir edəcək. Görünən odur ki, gilas, alça və şaftalı bazarlarda daha baha qiymətə satılacaq".

 

Seçilən
7
3
moderator.az

4Mənbələr