AZ

İran nümayəndəliyi: ABŞ 56 ildir ki, nüvə silahı ilə bağlı müqaviləni pozur

BAKI, 2 may. TELEQRAF

ABŞ 1970-ci ildə qüvvəyə minən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərini 56 ildir ki, pozur.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.

İran missiyasının "X" səhifəsində qeyd olunur: "56 ildir ki, minlərlə nüvə başlığına sahib olan və bu cür silahların yayılmasının aparıcı istehsalçısı olan ABŞ Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin nüvə silahının yayılmaması və nüvə tərksilahı öhdəliklərini açıq şəkildə yerinə yetirməyib. ABŞ-nin hədsiz və ikiüzlü yanaşması heç bir şəkildə haqlı sayıla bilməz".

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin 11-ci İcmal Konfransında çıxış edərək bildirib ki, Qərbin nüvə üçlüyü - Böyük Britaniya, ABŞ və Fransa öhdəliklərə məhəl qoymadan nüvə imkanlarını genişləndirir.

Seçilən
18
teleqraf.com

1Mənbələr