AZ

Müharibə yenidən başlaya bilər - İranlı general

ABŞ ilə İran arasında mövcud olan kövrək atəşkəs fonunda hərbi əməliyyatların yenidən başlanması ehtimalı yüksəkdir.

Bizim.Media xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi deyib.

Onun sözlərinə görə, ABŞ heç bir öhdəlik və razılaşmaya əməl etmir:

“Amerikalı rəsmilərin addımları və açıqlamaları əsasən mediaya hesablanıb. Bu, bir tərəfdən neft qiymətlərinin düşməsinin qarşısını almağa, digər tərəfdən isə özlərinin düşdüyü çətin vəziyyətdən çıxmağa yönəlib. İran Silahlı Qüvvələri ABŞ tərəfindən mümkün yeni avantüralara və yanlış hesablamalara qarşı tam hazır vəziyyətdədir”. (axar.az)

Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr