AZ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq.

Halbuki həkim rəyi olmadan hər hansı bir dərmanın, xüsusilə də ağrıkəsicinin qəbulu ciddi risklərə yol açır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, ağrıkəsicilərdən davamlı şəkildə istifadə olunması ilk növbədə mədə-bağırsaq sisteminin selikli qişalarına mənfi təsir göstərir:

“Belə ki, mədədə turşunun miqdarı artır. Mədənin turşular konsentrasiyası artan kimi mədənin divarları zərər görməyə başlayır. Daha sonra mədənin divarlarında yaralar əmələ gəlir və mədə-bağırsaq prosesinin fəaliyyətində müəyyən pozuntular yaranır.

Digər tərəfdən qanyaranma prosesində ciddi fəsadlar ortaya çıxır. Eyni zamanda ağrıkəsicilərin uzun müddət davamlı qəbulu metobolik məhsulların parçalanması nəticəsində oynaqlarda, böyrək və qaraciyərdə toplanaraq bu sistemin də fəaliyyətini zədələmiş olur”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
32
2
bizim.media

4Mənbələr