AZ

Bakı WUF13-ə hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar

Bakı şəhərində nəqliyyatın hərəkəti metro, avtobus, dəmir yolu, hava limanı ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

"Ölkə.az" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, metro və avtobuslarda gediş haqqının ödənişi üçün "BakıKart", dəmir yolu səfərləri üçün isə "ADY kart"dan istifadə edilir. Ödənişlər, həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər.

Nəqliyyat vasitələrinin iş qrafiki və xüsusiyyətləri:

Metro: Hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir. "WUF13" məkanına ən yaxın stansiya "Koroğlu"dur.

Dəmir yolu: Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar saat 06:30-dan 23:00-dək işləyir.

H1 Hava Limanı Ekspresi: Hava limanı ilə şəhər mərkəzi arasında 24 saat fasiləsiz nəqliyyat əlaqəsini təmin edir və "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən keçir.

Mikromobillik: Şəhərdə təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları mövcuddur.

İnklüzivlik: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərir.

"Səfərlərinizi daha rahat planlaşdırmaq üçün "BakıKart", "ADY" və AYNA "MaaS" mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Bu tətbiqlər marşrut seçimləri, yaxınlıqdakı dayanacaqlar, real vaxt rejimində izləmə və balansın artırılması kimi imkanlar təqdim edir", - paylaşımda vurğulanıb.

Seçilən
14
21
olke.az

10Mənbələr