AZ

Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub.

İlkin məlumata görə, iki maşının toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
9
10
anews.az

10Mənbələr