AZ

ABŞ-ın aviaşirkətlərindən biri fəaliyyətini dayandırdı

ABŞ-ın aşağıbüdcəli aviaşirkəti "Spirit Airlines" fəaliyyətini dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, şirkət İrana qarşı müharibə fonunda aviasiya sektorunda ilk iflas edən daşıyıcı olub.

Məlumata görə, "Spirit Airlines" kreditorların ABŞ hökumətinin təqdim etdiyi maliyyə dəstəyi planını dəstəkləməməsi səbəbindən fəaliyyətini dayandırıb. İki aydır davam edən müharibə fonunda reaktiv yanacaq qiymətlərinin iki dəfə artması şirkətin maliyyə vəziyyətinə ciddi təsir göstərib.

Qeyd olunur ki, aviaşirkətin bağlanması minlərlə iş yerinin itirilməsi ilə nəticələnəcək.

Bu hadisə, həmçinin ABŞ Prezidenti Donald Trump üçün də zərbə kimi qiymətləndirilir. Bildirilir ki, o, bəzi müşavirlərin və Konqresdəki respublikaçıların etirazına baxmayaraq, "Spirit Airlines" xilas edilməsi üçün 500 milyon dollar ayrılmasını təklif etmişdi./APA


Telegram kanalımız
Seçilən
12
7
yenisabah.az

9Mənbələr