AZ

Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir

ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinn "X" sosial media hesabında paylaşım edilib.

"Karlonun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzuru ziyarəti çərçivəsində regionda səfərdə olub.

Seçilən
38
5
bakivaxti.az

6Mənbələr