AZ

Azər Bağırov: “Komandamızda ehtiyat oyunçular skamyası yoxdur”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Mənim üçün maraqlı oyun oldu. Qarşılaşma bizim üçün yaxşı başlaya bilərdi”.

İdman.Biz bildirir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azəbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”la oyundan sonra deyib.

Oyun 2:1 hesabı ilə “Kəpəz”in xeyrinə başa çatıb.

“Yenə epizodlardan yararlana bilmirik. Buraxdığımız qollar da kuryoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geridönüş etdilər. Xüsusi təşəkkürlər əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda udanda da nəsə bəhanə axtarırlar, əziyyətə qiymət vermirlər.

Futbolu bilən azarkeşlər anlayırlar ki, mən gələndə komanda hansı durumda idi. Böyük ölçüdə komandaya heç kimi cəlb edə bilmədim. 6 futbolçu transfer etmişəm. Bunların içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri I Liqa və Əvəzedicilər Liqasındandır. Onlara da təşəkkür edirəm ki, meydanda vuruşurlar. İnşallah hər şey onlar üçün yaxşı olar.

Komandamızda ehtiyat oyunçular skamyası yoxdur. Kimsə zədələnəndə üç mövqeni birdən dəyişirik. Bunu əsl azarkeş görür. Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqe axsayır. Bunun üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə “Kəpəz”i qəlbən istəmək lazımdır.

Bütün rəqiblərə başağrısı olmuşuq. Futbolçulara tapşırıram ki, xırda səhvlər etməsək, qələbələr gələcək. Bizim kimi komandadan xırda səhvlər qola səbəb olur. İnanıram ki, hər şey daha yaxşı olacaq”.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
icma.az

6Mənbələr