AZ

Zelenski Rusiya Olimpiya Komitəsinin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

BAKI, 2 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov və Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşviliyə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Zelenskinin veb saytında dərc olunmuş fərmanda qeyd olunub.

Hər iki şəxsə qarşı sanksiyalar 10 il müddətinə tətbiq olunur. Məhdudiyyətlərə aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, rəsmi səfərlərin ləğvi və Ukrayna dövlət mükafatlarının birdəfəlik ləğvi daxil olmaqla 17 növ standart məhdudiyyət daxildir.

Seçilən
47
3
teleqraf.com

4Mənbələr