AZ

"İmişli" bizdən daha çox istəkli idi" - Andrey Demçenko

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 30-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Bu haqda bir şey deyə bilmərik. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" qazandı".

Seçilən
11
50
fanat.az

10Mənbələr