AZ

Fitso: Slovakiya Ukraynanın Aİ-yə daxil olmaq niyyətini dəstəkləyir

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsoya zəng edib.

“İki sahil” xəbər verir ki, bu barədə Fitso "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

"Bir sıra məsələlər üzrə fərqli fikirlərimizin olmasına baxmayaraq, hər ikimiz Slovakiya və Ukrayna arasında mehriban və dostluq münasibətlərində maraqlıyıq.

Mən təsdiq etdim ki, Slovakiya Ukraynanın Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyir, çünki biz istəyirik ki, qonşumuz kimi Ukrayna sabit və demokratik ölkə olsun", - deyə o yazıb.

Fitsonun sözlərinə görə, tərəflər İrəvanda "Avropa Siyasi Birliyi" (ASB) sammiti çərçivəsində görüş keçirmək və gələcək əlaqələri, o cümlədən qarşılıqlı səfərlər vasitəsilə davam etdirmək barədə razılığa gəliblər.

"Mən həmçinin vurğuladım ki, Ukrayna tərəfinin razılığı olmadan Rusiya ilə hərbi münaqişədə sülh sazişi mümkün deyil", - Slovakiya Baş naziri Rusiya-Ukrayna münaqişəsini şərh edərkən bildirib.

Zelenski, öz növbəsində, qeyd edib ki, liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar və yaxın vaxtlarda şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

"Mən Slovakiyanın Baş nazirini Kiyevə səfərə dəvət etdim və Bratislavaya dəvətinə görə təşəkkür etdim. Həmçinin yaxın vaxtlarda şəxsən görüşmək imkanını müzakirə etdik. Komandalarımız qrafik üzərində işləyəcək", - Ukrayna lideri qeyd edib.

Seçilən
29
12
ikisahil.az

10Mənbələr