AZ

Kreml mediasından Paşinyana “strateji xəyanət” ittihamı

Kremlə yaxın mediada Ermənistanın baş naziri Nikol Paşinyan-ın son addımları kəskin tənqid hədəfinə çevrilib. Xüsusilə İrəvanın İran və Türkiyə ilə sərhədlərdə xidmət edən Rusiya sərhədçilərini mərhələli şəkildə geri çəkmək planı Kremlə yaxın informasiya resurslarında “strateji xəyanət” kimi təqdim olunur.

Musavat.com xəbər verir ki, son olaraq “Moskovskiy komsomelts”(“Mk”) Paşinyanı sərt tənqid edib, onunla anlaşmanın mümkünsüzlüyünü iddia edib.

“Ermənistanın baş naziri Moskvanı “pis qayınana” kimi lağa qoymaq fürsətini əldən vermir. Zelenskinin İrəvana dəvəti ilə bağlı qalmaqal sakitləşən kimi Paşinyan daha bir sürpriz etdi: o, Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhədçilərini erməni sərhədçiləri ilə əvəz etmək planlarını açıqladı” deyə, “Mk”bildirir.

Picture

Nəşr iddia edlir ki, Paşinyanın sərhədçilərlə bağlı qərarı təkcə texniki və ya maliyyə məsələsi deyil, Ermənistanın uzun illər formalaşmış təhlükəsizlik sistemindən uzaqlaşmasının növbəti mərhələsidir. Bundan sonrakı addınm isə 102-ci bazanın ölkədən çıxarılması olacaq. Yəni Paşinyan hakimiyyəti ardıcıl addımlarla Rusiya ilə hərbi-siyasi əməkdaşlığı zəiflədir və Qərbə inteqrasiyanı sürətləndirməyə çalışır.

Tənqidlərin əsas istiqamətlərindən biri də sərhəd təhlükəsizliyi məsələsidir. Rusiya mediasında vurğulanır ki, 1992-ci il müqaviləsi əsasında Gümrü, Armavir, Artaşat və Meğri istiqamətlərində yerləşdirilən Rusiya sərhəd qoşunları Ermənistanın xarici sərhədlərinin qorunmasında mühüm rol oynayıb. Bu qüvvələrin geri çəkilməsi isə regionda təhlükəsizlik balansına mənfi təsir göstərə bilər.

Picture

Bundan əlavə, Paşinyanın qərarının siyasi motivli olduğu iddia olunur. “Mk” hesab edir ki, Ermənistan hakimiyyəti qarşıdan gələn beynəlxalq tədbirlər və Qərb strukturları ilə yaxınlaşma fonunda belə addımlar ataraq yeni tərəfdaşlara siyasi siqnallar göndərir. Bu kontekstdə İrəvanda keçiriləcək yüksək səviyyəli görüşlər və Avropa institutları ilə əməkdaşlıq xüsusi vurğulanır.

Rusiya mediasında səsləndirilən digər iddialara görə, sərhədçilərin geri çəkilməsi Ermənistan ərazisində Moskvanın hərbi və iqtisadi mövcudluğunun mərhələli şəkildə azaldılmasının tərkib hissəsidir. Bu çərçivədə dəmir yolu infrastrukturu, energetika sahəsi və hərbi baza ilə bağlı müqavilələrin gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyi ehtimalı irəli sürülür.

Eyni zamanda xatırladılır ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində uzun tarixə malikdir və bu iştirak iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının əsas sütunlarından biri sayılırdı. Son illərdə isə bu modelin tədricən dəyişdirilməsi müşahidə olunur. Məsələn, Zvartnots hava limanında Rusiya sərhədçilərinin fəaliyyəti dayandırılıb və bu funksiyalar yerli qurumlara verilib.

Beləliklə, Paşinyanın siyasəti ətrafında formalaşan informasiya qarşıdurması Moskva ilə İrəvan arasında münasibətlərin daha da gərginləşdiyini göstərir.

Seçilən
17
1
editor.az

2Mənbələr