AZ

“Qalibiyyətə layiq idik” Jorj Kaşkilya

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli premyer-liqasının 30-cu turunda “İmişli” “Araz-Naxçıvan”a qalib gəldi - 1:0.“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Jorj Kaşkilya media önünə çıxdı.- Oyunçularımı təbrik edirəm. Təbriklərim tək bu oyun yox, çempionata görədi. Vacib oyun idi. Bu qələbə ilə elitadakı yerimizi 99% təmin etmişik. Sabah “Qəbələ”nin oyununa baxacağıq. 1-ci liqadan gəlsək də, 36 xal yığmışıq. 7 qələbə qazanmışıq. Azarkeşlərimizə minnətdaram. Onları da təbtik edirəm, uzun yol gəlirlər. Oyuna gəldikdə, qalibiyyətə layiq idik. İlk hissəni çox yaxşı keçirdik. İkinci hissədə külək bizim əleyhimizə olacağını bilirdik. Amma rəqibin təhlükəsinin qarşısını ala bildik. - Növbəti oyunlarda komandanı oyuna kökləməkdə problem yaşamayacaqsız?- Motivasiya etmək asan olacaq. Çətin o idi ki, təzyiq var idi. “Qəbələ”nin sabahkı oyunundan sonra yaxşı əhval-ruhiyyə daha yaxşı ola bilər.- Rollonun durumu necədi?- Ağrısı var. 1-ci gün müayinə olunacaq.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
28
icma.az

10Mənbələr