AZ

Generala yeni elmi ad verildi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.

“Qafqazinfo” “Yeni Sabah”a istinadən xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov “professor” elmi adı alıb.

Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.

General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, “Hərbi bilik” jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
qafqazinfo.az

10Mənbələr