AZ

70 illik evli cütlük sevgini məhv edən sadə səhvi açıqladı

70 ilə yaxın evli olan Rozalin və İrvin Engelman münasibətlərdə problemlərin əsas göstəricisinin mübahisələr və fikir ayrılıqları deyil, partnyora qarşı təkrarlanan incidici tənqid olduğunu bildiriblər. 

HİT.az xəbər verir ki, bu barədə CNBC yazır.

Cütlük 1953-cü ildə – Rozalinin 15, İrvinin isə 19 yaşı olarkən tanış olub. Onlar 1956-cı ildə evləniblər və uzun illər birlikdə yaşayıb bir-birlərinə dəstək göstərərək həyatlarını davam etdiriblər.

Onların sözlərinə görə, uzunmüddətli münasibətin əsas sirri hörmət və gündəlik kiçik sevgi jestləridir. Onlar hər gün səhər və yatmazdan əvvəl bir-birinə “səni sevirəm” dediklərini, gündəlik həyatda isə mehriban davranmağa çalışdıqlarını bildiriblər.

Rozalin Engelman qeyd edir ki, tərəfdaşını anlamağa çalışmaq və onun iş və ya həyat şəraitinə görə inciməmək vacibdir. Eyni zamanda o hesab edir ki, münasibətlərdə ən böyük “qırmızı bayraq” fayda verməyən, əksinə alçaldan tənqiddir.

Söhbət bir tərəfin digərini sistematik şəkildə lağa qoyması və ya onun səylərini dəyərsizləşdirməsindən gedir. Onun fikrincə, bu cür davranış emosional zərər yaradır və etimadı sarsıdır.

“Bu ağrıdır”, deyə o bildirib və əlavə edib ki, insanların çoxu daimi olaraq alçaldıldığı münasibətdə qalmaq istəmir.

Psixoloq Sabrina Romanoff da münasibətlərdə ən vacib amillərdən birinin xeyirxahlıq olduğunu vurğulayır. Onun sözlərinə görə, incidici davranışı “səmimiyyət” adı ilə əsaslandırmaq çox vaxt qarşı tərəfin ehtiyaclarını nəzərə almaq istəməməkdən qaynaqlanır.

Engelman cütlüyünün təcrübəsi göstərir ki, uzunömürlü münasibətlər təkcə sevgi ilə deyil, gündəlik hörmət və dağıdıcı tənqiddən uzaq durmaq bacarığı ilə də qorunur.

Samir
 

Seçilən
34
hit.az

1Mənbələr