AZ

“Barselona” Alvaresdən vaz keçdi, onu siyahıya əlavə etdi

“Barselona” hücum xəttində dəyişiklik planlayır və yeni forvard axtarışına başlayıb.

Kataloniya klubu “Atletiko”nun hücumçusu Xulian Alvaresin yüksək qiyməti səbəbindən, onun transfer imkanını demək olar ki, mümkünsüz sayır.

Buna görə də əsas hədəf “Çelsi”nin forvardı Joao Pedro olub.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona” braziliyalı oyunçunu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Polşalı hücumçunun müqaviləsinin müddəti bitdikdən sonra klubdan azad agent kimi ayrılacağı gözlənilir.

Pedro “Çelsi”yə ötən yay keçib və müddəti 2033-cü ilə qədər olan müqavilə imzalayıb.

23 yaşlı hücumçunun bazar dəyəri 75 milyon avro civarındadır.

Seçilən
30
sportinfo.az

1Mənbələr