AZ

İran Hörmüz boğazı üçün 12 maddəlik idarəetmə planı təqdim edir

İran Parlamentinin sədr müavini Əli Nikzad Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinə səfəri zamanı Hörmüz boğazı ilə bağlı yeni planı açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nikzadın sözlərinə görə, boğazın idarə olunması üçün hazırlanan plan 12 maddədən ibarətdir. O bildirib ki, bu çərçivədə İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçidinə qadağa qoyulacaq. Həmçinin İrana qarşı düşmən addımlar atan ölkələrin gəmilərinə müvafiq təzminat ödənilmədiyi təqdirdə keçid icazəsi verilməyəcək.

Digər ölkələrin gəmiləri isə yalnız İran parlamentinin müəyyən etdiyi qaydalar və rəsmi icazə əsasında boğazdan istifadə edə biləcək.

Nikzad vurğulayıb ki, İran bu strateji su yolundakı hüquqlarından geri çəkilməyəcək: “Hörmüz boğazında gəmi hərəkəti əvvəlki kimi olmayacaq. Yeni idarəetmə mexanizmi neftin milliləşdirilməsi qədər əhəmiyyətlidir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
53
18
turkustan.az

10Mənbələr