Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turniri keçirilir.
Apasport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada idmançılar iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yelkən idmanı üzrə "Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında yarışacaqlar. Qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşəcək.
Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
“Azərlotereya” çempion axtarır!
Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
"Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr