AZ

Acun Ilıcalının komandası nəhayət, pley-offa vəsiqə qazandı!

İngiltərənin səviyyəcə ikinci turniri olan çempionşipdə sonuncu - 46-cı turun oyunları keçirildi.

Türkiyəli iş adamı və şoumen Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' son turdan öncə 7-ci pillədə qərarlaşmışdı. Premyer-liqaya vəsiqə uğrunda mübarizəni davam etdirə və ''6-lığ''a düşə bilmək üçün ''pələnglər'' doğma meydanda ''Norviç''i yenməli, 6-cı pillədəki ''Rekshem'' isə ''Middlsbro'' ilə qarşılaşmada büdrəməli idi. Hər şey məhz bu cür oldu.

''Hall Siti'' hesabda geri düşsə də, təcrübəli Oliver Makberninin dublu sayəsində 2:1 qalib gəldi. ''Rekshem''in ''Midlsbro'' ilə oyunda 2:2 bərabərə qalması sayəsində ''Hall Siti'' mövsümü 6-cı pillədə bitirdi.

Beləliklə, ''sarı-qaralar'' türkiyəli iş adamının dönəmindəki 5-ci mövsümdə ilk dəfə pley-offa vəsiqə qazandı! Maraqlıdı ki, bu komanda ötən mövsüm son turda möcüzə sayəsində çempionşipdəki yerini qoruyaraq 21-ci pilləni tutmuşdu.

Sergey Yakiroviçin çalışdırdığı ''Hall Siti'' pley-offda mövsümü 3-cü pillədə bitirən ''Milluoll'' ilə qarşılaşacaq. Bu maneəni də aşacağı təqdirdə bu kollektiv pley-offun finalında ''Sauthempton'' - ''Midlsbro'' duelinin qalibi ilə qarşılaşacaq.

Maraq üçün bildirək ki, ''Hall Siti'' son olaraq 2016/17-də premyer-liqada çıxış edib. Onu da bildirək ki, çempionşipdən bu mövsüm ''Koventri'' ilə ''İpsviç'' birbaşa premyer-liqaya vəsiqə qazanıb.

Seçilən
35
football-plus.az

1Mənbələr