AZ

RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"

Latviyanın futbol klubu RFŞ "Sabah"ın baş məşqçisi Valdas Dambrauskası Azərbaycan çempionu olması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Riqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun təbrik mesajında deyilir:

"Sabah" Valdas Dambrauskasın rəhbərliyi altında həm Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı, həm də tarixində ilk dəfə ölkə çempionu oldu. Ən maraqlıdı budu ki, komanda ardıcıl 32 oyundu uduzmur. Dambrauskas mövsümün başa çatmasına 4 tur qalmış tarixi nəticə əldə etdi. 2019-cu ildə klubumuza ilk kuboku qazandıran sabiq məşqçimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!"

Qeyd edək ki, Dambrauskas 2017-20-ci illərdə RFŞ-in baş məşqçisi vəzifəsində çalışıb, həmin komanda ilə Latviya kubokunun qalibi olub.

KƏNAN BAHADIR
Seçilən
58
1
football-plus.az

2Mənbələr