AZ

Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”də bürünc medal qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində uğurlu çıxış edib.

90deqiqe.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə qarşılaşıb.

Rəqibini məğlub edən Rəşid Məmmədəliyev turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 idmançı ilə təmsil olunur. Daha əvvəl Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

“Böyük Dəbilqə” turniri mayın 3-də başa çatacaq.

Seçilən
13
36
90deqiqe.az

10Mənbələr